Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sabah Fransaya işgüzar səfər edəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, nazir Parisdə fransalı həmkarı Jan-Mark Ero ilə görüşəcək.
Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
Danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları nəzərdən keçiriləcək.
E.Məmmədyarov Fransaya hazırda səfərdə olduğu Portuqaliyadan yola düşəcək.
Milli.Az