İmişlidə yol qəzası baş verib, yaralanan var

İmişlidə yol qəzası baş verib, yaralanan var
14:42 16 Noyabr 2016
84 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli. 16 noyabr. REPORT.AZ/ İmişli rayonunda yol qəzası baş verib. 
"Report"un Şirvan bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Pənah Həsənov və Həzi Aslanov küçələrinin kəsişməsində qeydə alınıb. 
Pənah Həsənov küçəsi ilə hərəkətdə olan "VAZ-2106" markalı minik avtomobili Həzi Aslanov küçəsi ilə hərəkətdə olan KİA markalı avtomobilə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib, KİA markalı avtomobilin sürücüsü Toğrul Cəfərov bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/i-mislide-yol-qezasi-bas-verib-yaralanan-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR