Bakıda 2020-ci il Avropa çempionatına həsr olunmuş seminar keçirilib

Bakıda 2020-ci il Avropa çempionatına həsr olunmuş seminar keçirilib
14:47 16 Noyabr 2016
52 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ "Boulevard Hotel"də “Futbol matçları zamanı Təhlükəsizlik və Mühafizə məsələləri” üzrə seminar keçirilib. 
"Report"un məlumatına görə, UEFA-nın rəhbərliyi altında təşkil olunmuş seminar Bakıda 2020-ci ildə Avropa Çempionatının final mərhələsinin (EURO-2020) 4 oyunun keçirilməsinə hazırlıq məqsədi daşıyıb. 
Seminarda Daxili İşlər Nazirliyinin əməkdaşları, Azərbaycan Premyer Liqası və I Divizion klublarının mühafizə xidmətinin rəhbərləri, klublarda azarkeşlərlə əlaqələndirici şəxslər, fan-klub nümayəndələri, AFFA, PFL və AFFA-nın nəzdində olan stadionların əməkdaşları, Premyer Liqa oyunlarına təyinat alan AFFA nümayəndələri və Bakı-2017 İslam Həmrəyliyi Oyunlarının Yerli Təşkilat Komitəsinin nümayəndələri iştirak ediblər.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bakida-2020-ci-il-avropa-cempionatina-hesr-olunmus-seminar-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR