Mişel Obama ilə bağlı feysbuka şərh yazan mer qovuldu

Mişel Obama ilə bağlı feysbuka şərh yazan mer qovuldu
14:47 16 Noyabr 2016
128 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Qərbi Virciniya ştatında şəhər meri birinci xanım Mişel Obama ilə bağlı feysbukda yazdığı irqçi şərhə görə işdən qovulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər şurası artıq yeni merin axtarışlarına başlayıb.

Merin işdən qovulmasına səbəb yerli qeyri-kommersiya şirkətlərindən birinin direktorunun statusuna yazdığı şərh olub.

Qeyd edək ki, direktor Pamela Teylor statusunda xanım Obamanı hündürdaban geyinmiş meymun adlandırmışdı.

Mer isə şərhində: "Sən məni sevindirdin, Pem", - yazaraq şirkət direktorunu dəstəkləmişdi.

Mer Uelinqin səlahiyyət müddətinin bitməsinə hələ 3 il vardı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR