Əli Abbasovdan 250 milyonluq qalmaqala AYDINLIQ

Əli Abbasovdan 250 milyonluq qalmaqala AYDINLIQ
14:49 16 Noyabr 2016
74 Digər
Ölkə mətbuatı
A- A+

Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun qaynı Elçin İbrahimovun istintaqda sorğu-sual olunması ilə bağlı mətbuatda xəbərlər yayılıb.

 

Qeyd olunur ki, E.İbrahimov RYTN xətti ilə aparılan 250 milyon manatlıq tikinti işlərini gerçəkləşdirib. E.İbrahimovun sədri olduğu "Qafqaz-S” inşaat məhdud məsuliyyətli cəmiyyətinin tikintiləri gerçəkləşdirərkən külli miqdarda vəsaitlərin mənimsənilməsinə əsaslı şübhələr olduğu üçün sorğu-sual olunub.

 

Lent.az-ın məlumatına görə, bununla bağlı Unikal.org-a açıqlama verən sabiq nazir Əli Abbasov deyib ki, yazılanlar cəfəng fikirlərdir: "Tamamilə yanlış məlumatlardır. Mən işlədiyim dövrdə nazirlikdə bu məbləğdə tikinti quraşdırma işləri aparılmayıb. 100-ə yaxın orta və kiçik şirkətlə işləmişik. Bütün bunların hamısına birlikdə qeyd olunan məbləğdə pul köçürülməyib.  250 milyon absurd bir rəqəmdir. "Qafqaz-S”-də həmin şirkətlərdən biri olub. Nə təklikdə, nə də cəm şəkildə şirkətlərə bu məbləğdə pul köçürülməsi olmayıb”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259654

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR