Donald Trampın keçmiş xanımı səfir olmaq istəyir

Donald Trampın keçmiş xanımı səfir olmaq istəyir
15:12 16 Noyabr 2016
186 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp səfir olmaq istəyir.
“Report” xəbər verir ki, o, bunu “New York Post" qəzetinə açıqlamasında deyib.
İvana Tramp ABŞ-ın Çexiyada səfiri olmaq istədiyini söyləyib: “Mən çexiyalıyam. Dilini də bilirəm. Hamı məni tanıyır. Təkcə ABŞ-da deyil, bütün dünyada tanınram. Üç kitab yazmışam. Onlar 40 ölkədə 25 dilə tərcümə edilib. 2017-ci il yanvarın 20-dək Donald Trampa yardım edəcəyəm. Üç övladım -  İvanka, Donald Erik və kürəkənim Jared Kuşner onun müvəqqəti komandasındadır. Qızımız İvanka Tramp Ağ evdə rəsmi vəzifə tutmayacaq. O, atasının şirkəti ilə bağlı işlərlə məşğul olacaq”.




Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/trampin-kecmis-xanimi-sefir-olmaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR