Azərbaycanda süni örtüklü meydançalar ləğv edilə bilər

Azərbaycanda süni örtüklü meydançalar ləğv edilə bilər
15:33 16 Noyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Premyer Liqasında mübarizə aparan bütün klubların nümayəndələri və AFFA-nın texniki departamentinin əməkdaşı, məşqçi kurslarının təlimatçısı Osman Rəhimov iştirak edib.

Publika.az xəbər verir ki, iclasdan sonra AZAL-ın vitse-prezidenti, Klublar Komitəsinin sədri Fikrət Hüseynov jurnalistlərə açıqlama verib:

“İclasda müzakirə olunan əsas məsələlərdən biri meydançaların vəziyyətiylə bağlı idi. "Qarabağ"la "Qəbələ" süni örtüklü meydançaların ləğv olunmasını təklif etdi. Həmçinin Gəncə şəhər stadionunun qazonunu yaxşılaşdırmaq lazımdır. Belə meydançalarda oynamaq çox çətindir. Bu problem növbəti mövsümə kimi həll olunmalıdır. Məsələylə bağlı İcraiyyə Komitəsinə də müraciət edəcəyik. AFFA klubları öz infrastrukturunu daha da yaxşılaşdırmağa məcbur etməlidir.

İcraiyyə Komitəsinə reqlamentin dəyişdirilməsi ilə də bağlı müraciət edəcəyik. İndiki məqamda elitanı bir klub tərk etməlidir, birinci diviziondan isə üç klub yüksək liqaya çıxmalıdır. Biz təklif etdik ki, birinci divizionda ilk iki yeri tutan komanda elitaya birbaşa yüksəlsin. Üçüncü olacaq komanda isə Premyer Liqada sonuncu olacaq klubla pley-off oyunlarında qarşılaşsın. Bütün klublar bununla razılaşdılar.

Futbolçularımızın bir neçə aydı maaş almadığı barədə xəbərlər doğru deyil. Maaşları zamanında ödəyirik. Klub normal idarə olunur. Bundan sonra necə olacağına isə növbəti ilin martında aydınlıq gələcək. Klub rəhbərliyi həmin ay bir araya gəlib, hər şeyi müzakirə edəcək”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/176156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR