Rəsul Çunayev əməliyyat olundu: "Elə bilirlər ki, kefdəyəm..." - FOTO

Rəsul Çunayev əməliyyat olundu: "Elə bilirlər ki, kefdəyəm..." - FOTO
15:42 16 Noyabr 2016
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın tanınmış yunan-roma güləşçisi Rəsul Çunayev əməliyyat olunub.

Milli.Az azvision.az-a istinadən bildirir ki, idmançı bu barədə sosial şəbəkədə məlumat verib.

Çunayev bildirib ki, əməliyyat Türkiyədəki məşhur xəstəxanalardan birində baş tutub. İdmançı artıq 4-cü dəfə əməliyyat olunduğunu deyib.

"25 yaşımda 4-cü əməliyyatı keçirdim. Belə getsə, əməliyyat üzrə yarışlara qatılacağam. Bəzi ağzı göyçəklər elə bilir ki, Rəsul kefdədir. Daha bilmirlər ki, hansı zədələrdən çıxıb, mübarizə aparıram. Təki əməliyyatla düzələn problemlər olsun. Allaha şükür edirəm".

Milli.Az



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR