Həyat yoldaşı məşhur müğənnini tərk etdi: "Ya mən, ya..."

Həyat yoldaşı məşhur müğənnini tərk etdi: "Ya mən, ya..."
15:53 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

2014-ci ildə evlənən Serdar Ortaç və irlandiyalı model Xole Loqhan arasında problem yaşanıb.

Publika.az-ın verdiyi xəbərə görə, 46 yaşlı Serdar Ortaçın uşaq istəyinə karyerasını səbəb göstərərək qarşı çıxan 24 yaşındakı Xole Amerikada bir agentliklə müqavilə bağlayıb.

O, “mənim Türkiyədə bir gələcəyəm yoxdur. Buradakı evi satıb Amerikaya yerləşək. Ya mənimlə gələrsən, ya da bu iş bitər”, - deyərək Ortaçı tərk edib və Amerikaya gedib.

Konsertindən sonra dərhal həyat yoldaşının yanına gedən Ortaç dostlarına bunları deyib: “Arvadım Mayamidə 400 min dollara villa tapıb. Buradakı mənzilimizi satıb oradan ev almağımızı, Amerikaya köçməyimizi istəyir. Ora getsəm, nə ilə məşğul olacam, küçədə gitara çalacam? Mənə orada fikir verən kimdir? İşlərim, karyerim nə olacaq? Arvadımı da itirmək istəmirəm. Bir həftə içində qərar verəcəyik. Ya oraya yerləşəcəm, ya da Türkiyəyə yalnız dönəcəm. Arvadı tərəfındən tərk edilmiş bir adam olaraq burada qalacağam”.

Mələk

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR