Rus kəşfiyyatçıları Rövşənin varisi ilə görüşdülər

Rus kəşfiyyatçıları Rövşənin varisi ilə görüşdülər
15:57 16 Noyabr 2016
249 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya hüquq mühafizə orqanları İtaliyanın Bari şəhərində məskunlaşan kriminal avtoritet Merab Canqvaladzeylə (Suxumski) görüşüblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, rus polisi Merab Suxumskiyə onun Rusiya vətəndaşlığından azad edilməsi barədə qərarı təqdim ediblər. Qərarda onun ömürlük Rusiyaya gəlməsi də qadağan olunub.

Qanuni oğru qərara imza atsa da, öz növbəsində, məhkəməyə müraciət edəcəyini bildirib. Baridə ev dustaqlığında olan Suxumski rusları müşayiət edən yerli polisdən baş verənləri videoya köçürülməsini də istəyib və bu istək qəbul olunub.

Bu arada İtaliya hökuməti də Suxumskidən can qurtarmağın yollarını axtarır. Amma onun hara ekstradisiya ediləcəyi hələ də qaranlıq qalıb.

Qeyd edək ki, Merab azərbaycanlı mərhum kriminal avtoritet Rövşən Lənkəranskinin varisi hesab olunur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR