Bakıda 58 yaşlı kişi özünü bıçaqlayıb

Bakıda 58 yaşlı kişi özünü bıçaqlayıb
16:22 16 Noyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Suraxanı rayonunda 58 yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd edib.
"Report"un xəbərində görə, hadisə Bakının Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1958-ci il təvəllüdlü Abdulla Hüseynov yaşadığı evdə bədəninin bir neçə nahiyəsinə bıçaq zərbəsi vurub. Çoxlu qan itirən şəxs qonşularının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
İlkin ehtimala görə, A.Hüseynov özünə xəsarət yetirən zaman sərxoş vəziyyətdə olub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-58-yasli-kisi-ozunu-bicaqlayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR