Merkel Ştaynmayeri prezident edir

Merkel Ştaynmayeri prezident edir
16:27 16 Noyabr 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın kansleri Angela Merkel Xristian-Demokrat İttifaqı adından ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayerin rəsmi olaraq prezidentliyə namizədliyini irəli sürüb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə çıxışı zamanı Angela Merkel bəyan edib. 
"Frank-Valter Ştaynmayer Almaniya vətəndaşlarının böyük əksəriyyəti tərəfindən dəstəklənəcək doğru namizəddir. İnsanlar ona inana biləcəklərini hiss edirlər", - Angela Merkel vurğulayıb.

Qeyd edək ki, ötən gün Almaniyada hakim koalisiyanı təmsil edən partiyanın liderləri xarici işlər naziri Frank-Valter Ştaynmayerin namizədliyinin ölkə prezidenti postuna irəli sürülməsi barədə razılığa gəliblər.

Xatırladaq ki, ölkə prezidenti Yoahim Qaukun səlahiyyət müddəti 2017-ci ilin martında başa çatır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490013.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR