Gülnarə Xəlilova Rumıniyada mükafat aldı - fotolar

Gülnarə Xəlilova Rumıniyada mükafat aldı -  fotolar
16:46 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Modelyer Gülnarə Xəlilova Rumıniyanın Yassı şəhərində keçirilən “Kasta Morrely Fashion Week” Moda həftəsində “Xalçaların dili” kolleksiyasını təqdim edib.

Axşam.az-ın məlumatına görə, Azərbaycan xalça ornamentlərindən istifadə edilmiş kolleksiya maraqla qarşılanıb. Gecədə modelyer özü də model kimi dəfiləyə çıxıb.

G.Xəlilovanın işləri moda həftəsinin “Creative Industries Awards” ali mükafatına layiq görülüb.

Moda həftəsində, həmçinin Rumıniya, Bolqarıstan, Yunanıstan, Portuqaliya, Monteneqro, Moldova və Livandan olan tanınmış dizaynerlər iştirak ediblər.












RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR