Bakı. 16 noyabr. REPORT.AZ/ Bakıda 22 yaşlı oğlan yaşadğı mənzilin yaxınlığında bıçaqlanıb.
“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunun Cavadxan küçəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kamran Abilov tanışı, 21 yaşlı Fərhad Kazımov tərəfindən bıçaqlanıb. Yaralı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törədən F.Kazımov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.