"AZALJET" Bakı-Moskva aviareysinə aksiya keçirir

"AZALJET" Bakı-Moskva aviareysinə aksiya keçirir
17:17 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli brendi olan “AZALJET” Bakıdan Moskvaya olan uçuşlar üçün xüsusi kampaniya keçirir.

“Report”un məlumatına görə, kampaniya noyabr ayının 29-30-nu əhatə edir.
Aksiya çərçivəsində noyabrın 29-u Bakıdan Moskvaya ("Vnukovo" hava limanı), noyabrın 30-da isə Moskvadan Bakıya uçan sərnişinlər aviabileti 49 avroya ala bilərlər.
Bu qiymətlər yalnız bir istiqamət üçün müəyyən edilib.
Qeyd edək ki, noyabrın 17-dən dekabrın 15-dək bu tarifə görə daha çox sayda təyyarə reyslərindən istifadə etmək mümkün olacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/azaljet-baki-moskva-aviareysine-aksiya-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR