UNEC-də elmi seminar: Tolerantlığın Azərbaycan modeli

UNEC-də elmi seminar: Tolerantlığın Azərbaycan modeli
17:54 16 Noyabr 2016
61 Digər
Ölkə mətbuatı
A- A+

 

 

Noyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Tolerantlığın Azərbaycan modeli” mövzusunda elmi seminar keçirilib.

 

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova bildirib ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir: “2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi bu uğurlu siyasətin bariz nümunəsidir”.

 

Azərbaycanın bütün dünyada tolerantlıq örnəyi kimi tanındığını vurğulayan  prorektor, tolerantlığın Azərbaycan modelinin dünya üçün nümunə sayıldığını qeyd edib.

 

Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov Azərbaycanın müasir dövrdə dünyanın multikulturalizm mərkəzinə çevrildiyindən danışıb.

 

O qeyd edib ki, dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda bütün dövrlərdə hər bir vətəndaşa bərabər münasibət göstərilib. Professor milli dəyərlərin qorunub saxlanılması üçün davamlı olaraq yeni proqram və layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Dünyanın onlarla ölkəsinin ali təhsil müəssisələrində multikulturalizmin Azərbaycan modeli fənn kimi tədris planlarına daxil edildiyini bildirib.

 

Seminarda UNEC-in “Humanitar fənlər” kafedrasının professoru Zakir Məmmədəliyev və Texnologiya və dizayn fakültəsinin tələbəsi, fakültə TGT sədri Cəmilə Abdullayeva çıxışlarında xalqımızın tolerant və multikultural dəyərlərə verdiyi qiymətdən, bu sahədə dövlətin yürütdüyü siyasətdən və gənclər tərəfindən həyata keçirilən layihələrdən bəhs ediblər. Seminar müzakirələrlə davam edib. 

 



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR