Press Association: "Bakıdakı konqres KİV-lərin gələcəyini müzakirə etmək üçün əla imkandır"

Press Association: "Bakıdakı konqres KİV-lərin gələcəyini müzakirə etmək üçün əla imkandır"
17:57 16 Noyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün dünyada xəbər biznesində böyük dəyişikliklər baş verir.

Milli.Az bildirir ki, bunu Trend-ə bu gün Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında iştirak edən Ümumdünya Xəbər Agentlikləri Şurasının (NACO) prezidenti, "Press Association" agentliyinin (Böyük Britaniya) baş icraçı direktoru Klayv Marşal deyib.

K.Marşal bildirib: "Bu gün bura dünyanın 100-dən artıq informasiya agentliyindən nümayəndə toplaşıb. Bizim müzakirə etməyə çox mövzumuz var, o cümlədən informasiya agentliklərinin gələcəyini təmin etmək kimi mühüm məsələ. Jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi də mühüm məsələlərdən biridir".

Bakının bəyəndiyini, çox müasir, inkişaf etmiş şəhər olduğunu da vurğulayan K.Marşal Azərbaycanı yaxından tanımaq üçün regionalara da səfər etmək istədiyini bildirib.

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490083.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR