"Rossotrudniçestvo"nun rəhbəri: "2017-ci ildə Gəncə şəhərində Rusiya Elm və Mədəniyyət Mərkəzinin filialı açılacaq"

"Rossotrudniçestvo"nun rəhbəri: "2017-ci ildə Gəncə şəhərində Rusiya Elm və Mədəniyyət Mərkəzinin filialı açılacaq"
17:57 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ "Gəncə şəhərində 2017-ci ildə Rusiya Elm və Mədəniyyət Mərkəzinin (REMM) filialı açılacaq".
Bunu "Report"a açıqlamasında Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentliyin (Rossotrudniçestvo) rəhbəri Lyubov Qlebova deyib.
Onun sözlərinə görə, REMM-in Gəncə filialı "Rossotrudniçestvo" nümayəndəliyinin Bakıda həyata keçirdiyi işlərə oxşar fəaliyyətlə məşğul olacaq.
L.Qlebova humanitar sahədə əməkdaşlığın inkişaf etdiyini və REMM-in Gəncə filialının açılacağının bunun bariz nümunəsi olduğunu vurğulayıb.
O bildirib ki, bir ölkədə mərkəzi "Rossotrudniçestvo" nümayəndəliyi və onun filiallarının fəaliyyət göstərməsi təcrübəsi kifayət qədər yayılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/rossotrudnicestvo-nun-rehberi-2017-ci-ilde-gence-seherinde-rusiya-elm-ve-medeniyyet-merkezinin-fi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR