Tramp polis dəstəyindən məhrum ola bilər

Tramp polis dəstəyindən məhrum ola bilər
18:22 16 Noyabr 2016
66 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Los Anjeles şəhərinin polis rəisi Çarli Bek qanunsuz miqrantlara qarşı mübarizədə Donald Trampla əməkdaşlıq etməyəcəyini açıqlayıb. Sputnik haberler-ə istinadla xəbər verir ki, Bek ABŞ-da prezident seçkilərini qazanan Trampın qanunsuz miqrantların ölkədən çıxarılması ilə bağlı açıqlamalarına sərt reaksiya verib.

Milli.Az sputnik.az-a istinadən bildirir ki, "Trampın fikirləri Los Anjeles Polis Departamentinin qanunsuz miqrantların deportasiya edilməsi ilə mövqeyini dəyişdirməyəcək. Fərqli bir şey etmək niyyətində deyiləm. Deportasiya səyləri ilə bağlı Trampla birlikdə çalışmayacağıq. Bu, bizim işimiz deyil", - rəis bildirib. Qeyd edək ki, Donald Tramp hələ seçki kampaniyası ərəfəsində qaçqınların ölkədən kənarlaşdırılacağını, Meksika-ABŞ sərhədinə sədd çəkməyi planlaşdırdığını demişdi. Məlumata görə, hazırda Amerikada təqribən 11 milyon miqrant yaşayır. Onu da deyək ki, Donald Tramp prezident seçiləndən sonra ölkə daxilində etirazlar davam edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490106.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR