BBC genişlənir

BBC genişlənir
18:32 16 Noyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

BBC Dünya Xidməti "1940-cı illərdən bəri" ən irimiqyaslı genişlənmə proqramı çərçivəsində 11 yeni dil xidmətini təsis edir.
Genişlənmə ötən il Britaniya hökumətinin elan etdiyi əlavə maliyyələşdirmənin nəticəsidir.
Yeni proqramlar Afaan Oromo, Amhar, Qucarat, İqbo, Korey, Marathi, Pidgin, Pəncab, Teluqu, Tigrinya və Yoruba dillərində yayımlanacaq.
İlk dil redaksiyaları 2017-ci ilin əvvəlində fəaliyyətə başlamalıdır.
"1940-ci ildən bəri BBC Dünya Xidmətinin ən irimiqyaslı genişlənməsinin elanı BBC üçün tarixi gündür", - BBC-nin baş direktoru Tony Hall deyib.
"BBC Dünya Xidməti həm BBC, həm də Britaniya üçün tacın ən qiymətli daşıdır", o əlavə edib.
Planlar sosial media platformlarında mövcudiyyəti artırmaq, daha çox video və mobil məzmun təklif etmək məqsədilə rəqəmsal xidmətlərin genişlənməsini nəzərdə tutur.
Genişlənmə planlarına həmçinin bunlar daxildir:
Rus dilində xəbər bülletenlərinin artırılması, buraya Rusiya ilə qonşu ölkələr üçün regional versiyalar da daxildir
Afrika boyunca televiziya xidmətlərinin artırılması, buraya sab-Sahara Afrikası boyunca tərəfdaş teleyayım şirkətləri üçün 30 yeni TV proqramları da daxildir

Koreya yarımadası auditoriyası üçün orta dalğa və qısa dalğalarda radio proqramları və onlayn və sosial media materialları
Dünya Xidmətinin inglis dilində bölümündə yeni proqramlar, orijinal jurnalistika üçün investisiya yatırımı

BBC Dünya Xidmətinin direktoru Fran Unsworth deyib: "Müharibə, inqilab və qlobal dəyişikliklərdən keçərkən dünyanın hər yerində insanlar Dünya Xidmətinin müstəqil, etibarlı və tərəfsiz xəbərlərinə bel bağlayıb".
"Müstəqil yayım şirkəti kimi, bizə 21-ci əsrdə də ehtiyac həmişəki kimidir, bir çox yerlərdə hələ də ifadə azadlığı az olduğu üçün".
"Bu gün etdiyimiz bu elan Dünya Xidmətinin gələcəyə yatırımlarla transformasiyasıdır", xanım Unsworth əlavə edib.
"Dəyişməyən bizim müstəqil və tərəfsiz jurnalistikaya bağlılığımız olacaq".
Yeni dil xidmətlərinin açılması, BBC Dünya Xidmətində 40 yeni dilin, o cümlədən ingilis dilinin mövcudluğu demək olacaq.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/490111.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR