Zorlandığını iddia edən direktor müavini işdən azad edildi

Zorlandığını iddia edən direktor müavini işdən azad edildi
18:33 16 Noyabr 2016
182 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzər rayonundakı 230 saylı orta məktəbin direktor müavini Ləman Babayeva işdən çıxarılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib ki, Bakı şəhəri 230 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ləman Babayevanın Təhsil Nazirliyinin Qəbul Portalına daxil olmuş, həmçinin məktəb direktoru Elşən Qafarovun L.Babayevanın üzürsüz səbəbdən işə gəlməməsi və əmək funksiyalarını yerinə yetirməməsi barədə müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb:

“Araşdırmanın nəticəsi olaraq, hər iki şəxsin Bakı şəhəri 230 nömrəli tam orta məktəbdəki fəaliyyətinə xitam verilməsi məqsədəuyğun hesab edilib. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 230 nömrəli tam orta məktəbin direktoru Qafarov Elşən Yəhya oğlu ilə bağlanmış əmək müqaviləsi 10.11.2016-cı il tarixdən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Babayeva Ləman Eldəniz qızı ilə bağlanmış əmək müqaviləsi 15.11.2016-cı il tarixdən ləğv edilib.

Məktəbdə direktor vəzifəsinin müvəqqəti icrası BŞTİ-nin əməkdaşına həvalə edilmişdir. Hazırda məktəbdə təlim-tərbiyə prosesi normal şəkildə davam etdirilir. Məktəbə yeni direktorun təyinatı mövcud qaydalar və müvafiq prosedura uyğun şəkildə həyata keçiriləcək”.

İdarədən bildirilib ki, Ləman Babayevanın müvafiq ərizəsi nəzərə alınaraq, onun pedaqoji fəaliyyətini digər məktəblərdən birində davam etdirməsi məsələsi isə müzakirə mərhələsindədir.

Qeyd edək ki, L.Babayeva direktor Elşən Qafarovun onu zorladığını iddia etmişdi. Hüquq mühafizə orqanlarının araşdırması nəticəsində bu fakt təsdiqini tapmamışdı. Direktorla müavini arasında münasibətlərin pozulmasının bir səbəbi də L.Babayevanın erməni əsilli olması ilə bağlı məktəbə daxil olan məktub olmuşdu.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/176191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR