Bakıda 22 yaşlı gənc bıçaqlandı

Bakıda 22 yaşlı gənc bıçaqlandı
19:17 16 Noyabr 2016
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 22 yaşlı oğlan yaşadğı mənzilin yaxınlığında bıçaqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nəsimi rayonunun Cavadxan küçəsində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kamran Abilov tanışı, 21 yaşlı Fərhad Kazımov tərəfindən bıçaqlanıb. Yaralı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisəni törədən F.Kazımov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR