Dubayın İxracın Təşviqi Agentliyi Azərbaycanla əməkdaşlığı genişləndirməyə maraqlıdır

Dubayın İxracın Təşviqi Agentliyi Azərbaycanla əməkdaşlığı genişləndirməyə maraqlıdır
19:27 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ "Dubai Exports" Dubayın İqtisadi İnkişaf Departamentinin İxracın Təşviq Agentliyi Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
"Report"un "Albawaba" saytına istinadən verdiyi xəbərə görə, "Dubai Exports" şirkətinin idarə heyətinin müavini Məhəmməd Əl-Kamali bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycanın arasında ticarət və turimzin sağlam cərəyanı mövcuddur.
Onun sözlərinə görə, Dubayın Azərbaycana 2015-ci ildə reallaşdırdığı ixracın həcmi 271 mln. dirhəmdən çox olub.
"2013-ci ildən "Dubai Exports" mütəmadi olaraq Bakıda keçirilən "BakuBuild" sərgisində iştirak edir və bu vaxta qədər tədbirə BƏƏ-dən tikinti sektorunda fəaliyyət göstərən 66 şirkət cəlb edib" - M.Əl-Kamali bildirib.
O deyib ki, "Dubai Exports" Dubay ixrac və təkrar ixrac mərkəzi kimi üstünlüklərini optimallaşdıra bilən və eyni zamanda ticarətin sağlam balansına şərait yaradan, BƏƏ şirkətləri üçün yeni imkanlar açan bazarlara diqqət göstərir.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/dubayin-i-xracin-tesviqi-agentliyi-azerbaycanla-emekdasligi-genislendirmeye-maraqlidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR