APA-da dəyişməyən iki şey var...

APA-da dəyişməyən iki şey var...
19:39 16 Noyabr 2016
44 Digər
Ölkə mətbuatı
A- A+

Bugünkü “Manşet”də “APA Holding”in Direktorlar Şurasının sədri Nurşən Quliyev APA İnformasiya Agentliyinin 12 ildə keçdiyi yol ilə bağlı aparıcı İlham Tumasın suallarını cavablandırıb.

 

- Ortaya qoyacağımız layihənin yeni model olmasını qərarlaşdırdıq. O vaxt heç bir agentliyin aktiv informasiya saytı yox idi və Azərbaycan mətbuatında yeni formada, yeni nümunədə informasiya agentliyinin yaranmasına ehtiyac vardı.

 

  • O vaxt çoxları deyirdi ki, APA yaranıbsa, uzun çəkməz. Çoxları fikirləşdilər ki, müvəqqəti layihədir. Ancaq biz zərbələrə tab gətirdik və davam elədik. APA bu yolu təmkinlə, yavaş-yavaş gəldi.

 

  • Xəbər an məsələsidir, o an yazdınsa, sənindır, yazmadınsa, uçub getdi. Xəbərlə işləmək insanı qocaldır və gərginlikdə saxlayır.

 

  • Bu 12 ildə çox şey dəyişib. Dünyada da, Azərbaycanda da, mətbuatda da, APA-da da... Amma APA-da dəyişməyən iki şey var. Bunlardan biri nizam-intizamdı. Bu gün APA-da hamı müəyyən edilmiş saatda işdə olmalı, səhər iclasında iştirak etməlidir - eynilə 12 il əvvəl 16 noyabrda olduğu kimi. Dəyişməyən ikinci qayda odur ki, hamı operativlik və dəqiqlik prinsiplərini əsas götürməklə işini görməlidir - eynilə 12 il əvvəl 16 noyabrda deyildiyi və başlanıldığı kimi...

 

  • APA haqqında çox danışmaq, çox yazmaq olar. Danışılır, yazılır da. Yaxşısına yazan da var, pisinə də. Məsələ bu deyil. Məsələ odur ki, 12 il əvvəl ilk xəbərini yayan APA arxasında iz cıza-cıza, yol çəkə-çəkə gəlir. Bu izdə, bu yolda nə qədər insan yürüdü, nə qədər insan APA qatarına minib düşdü?

 

  • APA xəbərin, xəbərçiliyin başındadır. Birincilik hamının arzusudur. APA isə təkcə birinci olmayıb, həm də uzun illərdir, bu birinciliyi qoruyub-saxlamaq kimi çətin işin öhdəsindən gəlir.

 

  • Bir işə başlayanda bir yol cızarsan, o yolla yürüyərsən, büdrəyərsən, yıxılarsan, amma doğru bildiyin o yoldan dönməzsən, qalxarsan, yenə yürüyərsən. Biz bir yola çıxdıq 12 il əvvəl - XƏBƏR YOLUna. Bu yolda bir prinsipimiz var - operativlik və dəqiqlik bir arada. İşini bu prinsip əsasında görən "xəbərçilər" gözümün işığıdır.

 

  • Sabah biz olmayacağıq, əsas odur ki, APA olsun, APA qalsın - tarixdə və mətbuatda...
  •  

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259677

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR