Azərbaycanın veteran cüdoçuları dünya çempionatında mübarizə aparacaqlar

Azərbaycanın veteran cüdoçuları dünya çempionatında mübarizə aparacaqlar
19:52 16 Noyabr 2016
95 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanın veteran cüdoçulardan ibarət yığma komandası noyabrın 18-də ABŞ-ın Florida ştatında start götürəcək dünya çempionatında iştirak edəcək. 
Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, 4 gün davam edəcək yarışda Azərbaycan 8 çəkidə təmsil olunacaq.
Kişi cüdoçuların yarışında 7 çəkidə 18 veteran idmançı medallar uğrunda mübarizə aparacaq. 66 kq-da Vüqar Hüseynov, Rafael Mehdiyev, Vüqar Cəfərov, 73 kq-da Vüqar Budaqov, Müşfiq Cəfərov, Zülfüqar Hüseynov, Rauf Fərzəliyev, Azad Abbasov, 81 kq-da Mübariz Cəfərov, 90 kq-da Fərhad Rəcəbli, Seyfal Əsgərov, Bəxtiyar Abbasov, Vüsal Cəfərov, 100 kq-da Mübariz Pənahov, Arif Qasımov, İntiqam Ələkbərov, Zaur Paşayev, +100 kq çəkidə isə Zaur Bağırov yarışacaq.
Yeganə qadın idmançımız Zülfiyyə Hüseynova 70 kq çəkidə qüvvəsini sınayacaq.
Qeyd edək ki, qadınların yarışı 48kq, 52kq, 57kq, 63kq, 70kq, 78kq, +78kq, kişilərin mübarizəsi isə 60kq, 66kq, 73kq, 81kq, 90kq, 100kq və +100kq çəkilərdə gedəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycanin-veteran-cudoculari-dunya-cempionatinda-mubarize-aparacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR