Hələb yenə bombalanıb, 42 dinc sakin ölüb, 83 nəfər yaralanıb

Hələb yenə bombalanıb, 42 dinc sakin ölüb, 83 nəfər yaralanıb
20:02 16 Noyabr 2016
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Suriyanın Hələb əyalətinin müxalifətin nəzarəti altında olan bölgələrin son 24 saatda bombardman edilməsi nəticəsində 42 dinc sakin ölüb, 83 nəfər isə yaralanıb.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Hələbdəki mülki müdafiə üzrə məsullardan Bibers Mişalın sözlərinə görə, Bəşşar Əsəd rejimi və Rusiyaya aid təyyarələrin ötən gündən səhər saatlarından bölgənin səmalarındadır: "Hələbin şərqində müxalifətin nəzarəti altında olan Şear, Salahaddin, Muyesir, Mesekin Hanano, Haydariye və Sahur rayonları qurudan da hədəfə alınıb. Əhali vahimə içindədir, nə edəcəyimizi bilmirik”.
O deyib ki, son 24 saatdakı hava hücumlarında Şear istiqamətində 22 dinc sakin, Sukkeridə 13, Ensaridə 4, Dahret Avadda 2 və Bab Neyrabda bir dinc sakin həlak olub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/heleb-yene-bombalanib-42-dinc-sakin-olub-83-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR