Qərbi məhv edəcək YEDDİ ADAM, Sarkisyandan məğlubiyyət etirafı... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Qərbi məhv edəcək YEDDİ ADAM, Sarkisyandan məğlubiyyət etirafı... – GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 16 Noyabr 2016
416 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıb və münaqişənin həlli yolunu növbəti dəfə göstərib. Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı və İrəvan arasında “qaynar xətt”in yaradılmasını təklif edib. Rusiya Suriyada müxalifət güclərinə qarşı hava əməliyyatlarını yeniləyib. Avropada ifrat sağçıların mövqeləri möhkəmlənir. ABŞ İrana qarşı sanksiyaların müddətini daha 10 il uzadıb.

İlham Əliyev: “Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir"

Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır: "Çünki Azərbaycanın ərazi bütövlüyü digər ölkələrin ərazi bütövlüyü qədər dəyərlidir. Keçmiş sovet məkanında münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli pinsipi Dağlıq Qarabağ münaqişəsinə də tətbiq edilməlidir".

Dövlət başçısı Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu bildirib: "SSRİ dövründə Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağ və 7 rayon işğal edilib, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən etnik təmizlənmə aparılıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması tələbi qoyulub. Ancaq Ermənistan bu tələbləri vecinə almır. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mexanizmlərə baxılmalıdır. Bir çox halda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir, bəzi qətnamələrin icrası isə illərlə çəkir”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfər edəcək. Nazir noyabrın 17-də fransalı həmkarı Jan-Mark Eyrol ilə görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Bakı ilə İrəvan arasında “qaynar xətt”: YENİ TƏKLİF

Ermənistan prezidenti Serj Sarkisyan təmas xəttində hadisələrə operativ reaksiya verilməsi üçün Bakı və İrəvan arasında “qaynar xətt”in yaradılmasını təklif edib.

S.Sarkisyan “Rusiya bu gün” agentliyinin rəhbəri Dmitri Kiselyova müsahibəsində deyib ki, “qaynar xətt” yaradılarsa, hadisələrə operativ reaksiya vermək mümkün olar.

“1990-cı illərdə belə bir təşəbbüs olub. O zaman mən müdafiə naziri idim və Azərbaycan müdafiə naziri ilə təcili əlaqə qurmaq lazım olanda, biz bunu edə bilirdik. Lakin bu gün elə bir əlaqə yoxdur”, - deyə o, bildirib.

“Azərbaycan Ordusunun Qarabağda önü açılıb” – SARKİSYANDAN ETİRAFLAR

“Azərbaycan Ordusu sadəcə piyada qoşunla və sadə avtomatla Qarabağa daxil olub istədiyinə nail ola bilər”.

Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib. Onun sözlərinə görə, Azərbaycan ərazilərin qaytarılması üçün müharibə variantından heç vaxt imtina etməyib.

“Azərbaycan Ordusunun Qarabağda önü açılıb” – SARKİSYANDAN ETİRAFLAR

“Azərbaycan Ordusu sadəcə piyada qoşunla və sadə avtomatla Qarabağa daxil olub istədiyinə nail ola bilər”.

Azərbaycan BMT-də Krımla bağlı qətnamənin lehinə səs verdi

Ukrayna çərşənbə axşamı BMT Baş Assambleyasının III Komitəsində Krımda insan haqlarının pozulması ilə bağlı vəziyyəti pisləyən və Rusiyanı yarımadaya beynəlxalq müşahidəçiləri buraxmağa çağıran qətnamənin qəbul etdirilməsinə nail olub.

Sənədin lehinə 73 ölkə, o cümlədən Böyük Britaniya, ABŞ, Azərbaycan, Gürcüstan və Avropa İttifaqı ölkələri səs veriblər.

Rusiya, Ermənistan, Belarus, Venesuela, Çin, KXDR, Hindistan, İran, Qazaxıstan, Serbiya, Suriya, Özbəkistan da daxil olmaqla 23 ölkə sənədin əleyhinə səs verib.

Rusiya və Ermənistan arasındakı Vahid Hərbi Birləşmələrin yaradılması ilə bağlı razılaşma çərçivəsində Ermənistanın 4-cü korpusu vahid orduya qatılacaq. 4-cü korpusun yerləşdiyi ərazi diqqət çəkir.

Ermənistan mediasının məlumatına görə, bu korpus Naxçıvanla sərhəddə olan “Vayos Dzore” ərazisində yerləşir. Həmçinin, bura Dağlıq Qarabağ bölgəsinə yaxındır.

Vahid Hərbi Birləşmələrin yaradılması ilə bağlı razılaşmaya əsasən, dinc şəraitdə vahid ordu Ermənistanın Baş qərargahına, müharibə şəraitində isə Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsinə tabe olacaq. Belə görünür ki, Qarabağda hər-hansı müharibə zamanı Ermənistan ordusuna əsas nəzarət Rusiyanın əlində olacaq. Vahid orduya həmçinin, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası daxildir.

Suriya müxalifəti belə vuruldu: Rusiya donanması tarixində ilk

Rusiya Aralıq dənizinə göndərdiyi “Admiral Kuznetsov” gəmisindən qalxan təyyarələr və digər gəmilərdən atılan raketlərlə Suriyada müxalifət güclərinə ilk zərbələri endirib.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Admiral Kuznetsov”un rus donanması tarixində ilk dəfə döyüş əməliyyatlarına qatıldığını deyib.

Müdafiə naziri İdlib və Xüms vilayətlərində müxalifət güclərinin silah-sursat anbarları, təlim düşərgələri və silah fabriklərini hədəf alacaqlarını bildirib. Şoyqu “Admiral Kuznetsov”dan qalxan təyyarələrin Hələbə hər hansı hücumundan isə bəhs etməyib.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bütün zərbələrin yoxlanılmış və nöqtəvi olduğunu vurğulayıb. O, vurulan hədəflərin Hələbdə olmadığını bildirib.

Suriya müxalifəti belə vuruldu: Rusiya donanması tarixində ilk - VİDEO

Rusiya Aralıq dənizinə göndərdiyi “Admiral Kuznetsov” gəmisindən qalxan təyyarələr və digər gəmilərdən atılan raketlərlə Suriyada müxalifət güclərinə ilk zərbələri endirib.

Bombardmanların Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın yeni prezidenti Donald Trampla telefon danışığından bir neçə saat sonra başlaması diqqət çəkir.

Putin-Tramp danışığı bombardmanla bitdi - VİDEO

İlk zərbələr Hələbin şərqində mövqe tutan müxalifət qüvvələrinə endirilib.

PKK terror təşkilatının Suriya qolu olan PYD isə Suriyanın Münbic şəhərindən Fərat çayının şərqinə çəkiləcəyini açıqlayıb.

Əsəddən Trampa ilk MESAJ

Suriya prezidenti Bəşər Əsəd isə ABŞ-ın yeni seçilən prezidenti Donald Trampa ilk mesajını göndərib.

O, Portuqaliyanın RTP kanalına müsahibəsində ABŞ-la müttəfiq ola biləcəklərini deyib.

“Trampın nə edəcəyinə dair hələ bir şey söyləyə bilmərik. Amma əgər terrorçularla döyüşərsə, təbii ki, Rusiya, İran və digər bir çox ölkələr kimi müttəfiqimiz olar. Trampın Suriya ilə bağlı söylədikləri ümidvericidir, amma bunları həyata keçirə bilərmi? Ölkə rəhbərliyindəki əks qüvvələrlə, mediada ona qarşı çıxanlarla necə mübarizə aparacaq? Buna görə də vədlərini yerinə yetirib-yetirməyəcəyini bilmirik”, - deyə Bəşər Əsəd söyləyib.

Suriya prezidentinin sözlərinə görə, ABŞ özünü dünya jandarmı hesab edir. Amma Əsəd bunun belə olmadığını bildirib.

Ötən həftə “Wall Street Journal” nəşrinə müsahibə verən Donald Dəməşq rejiminə qarşı döyüşən müxalifətə edilən yardımın kəsilə biləcəyinə eyham vurub. O, həmçinin Əsədi kifayət qədər sevmədiyini vurğulayıb.

ABŞ-dan İrana şok: 10 il uzadıldı…

ABŞ Nümayəndələr Palatası İrana qarşı sanksiyaların daha 10 il müddətinə uzadılmasına səs verib. Nümayəndələr Palatasının 419 üzvü sanksiyaların uzadılmasını dəstəkləyib.

Qanun layihəsi təsdiqlənməsi üçün Konqresin yuxarı palatasına – Senata təqdim ediləcək.

Qərbi məhv edəcək YEDDİ ADAM

ABŞ-da prezident seçkilərində Donald Trampın qələbə qazanması Avropada sağçıları sevindirib. Təsadüfi deyil ki, Trampı Avropada ilk təbrik edən siyasətçi Fransanın ifrat sağçı – “Milli Cəbhə” Partiyasının lideri Marine Le Pen olub.

“The Independent” nəşri Avropa ölkələrində 2017-ci ildə seçkilərlə hakimiyyətə gələcəyinə ümid edən “radikal sağçılar və sentristlər”in siyahısını təqdim edir. Siyahıda 7 siyasətçinin adı yer alıb.

Qərbi məhv edəcək YEDDİ ADAM

ABŞ-da prezident seçkilərində Donald Trampın qələbə qazanması Avropada sağçıları sevindirib.

Rusiya Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin Kiyev tərəfindən dindirilməsinə icazə göstərib.Bunu jurnalistlərə açıqlamasında Yanukoviçin vəkili Vitali Serdyuk söyləyib.

Onun sözlərinə görə, Yanukoviç Maydan hərəkatı zamanı aktivistlərin öldürülməsi üzrə cinayət işi ilə əlaqədar dindiriləcək. O, dindirilmənin videokonfrans şəklində baş tutacağını bildirib.

Qeyd edək ki, 2014-cü ilin fevralında Maydan hərəkatının qələbəsindən sonra Yanukoviç Ukraynadan qaçaraq, Rusiyaya sığınıb. Moskva Yanukoviçi Kiyevə ekstradisiya etməkdən imtina edir.

İstanbul üçün qorxunc PROQNOZ: 90 min ölü, 135 min yaralı, sunami...

İstanbulda güclü zəlzələ olacağı barədə alimlərin proqnozları İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin də gündəminə keçib.

İstanbul Böyükşəhər Bələdiyyə Məclisində Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Faruk Aydın 7,5 və ya 7,7 ballıq zəlzələ baş verəcəyi halda, böyük itkilərin olacağını bildirib.

Onun sözlərinə görə, bu halda 70-90 min insan öləcək, 135 min insan ağır yaralanacaq.

İstanbul üçün qorxunc PROQNOZ: 90 min ölü, 135 min yaralı, sunami...

İstanbulda güclü zəlzələ olacağı barədə alimlərin proqnozları İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin də gündəminə keçib.

Türkiyənin İsrailə təyin etdiyi səfirin adı məlum olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinin məsləhətçisi Kamal Ökemin İsrailə səfir təyin edildiyini bildirib. Dünən isə İsrail Türkiyəyə yeni səfir təyin edib. Təl-Əvivin Ankaradakı maraqlarını Eitan Naeh qoruyacaq.

Obamanın səfəri ölkəni qarışdırdı, ABŞ bayrağı yandırıldı

Yunanınstanın Afina və Salonik şəhərlərində ABŞ prezidenti Barak Obamanın səfərinə qarşı etiraz aksiyaları keçirilib.

Etiraz aksiyalarının iştirakçıları polislərə “Molotov kokteylləri” atıb. Polis onları dayandırmaq üçün gözyaşardıcı qaz tətbiq etməli olub. Afinada keçirilən aksiyalara 7 minə qədər insan qatılıb. Aksiya iştirakçıları ABŞ-ın dövlət bayrağını yandırıblar.

Obamanın səfəri ölkəni qarışdırdı, ABŞ bayrağı yandırıldı – VİDEO

Yunanınstanın Afina və Salonik şəhərlərində ABŞ prezidenti Barak Obamanın səfərinə qarşı etiraz aksiyaları keçirilib.

Ömər Dağlı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ABŞ bombardmançıları KXDR sahillərində

23 Sentyabr 2017 22:39

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

23 Sentyabr 2017 22:37

"Səbail" Gəncə komandasını belə yendi - VİDEO

23 Sentyabr 2017 22:37

ABŞ-ın döyüş təyyarələri Şimali Koreyaya çatdı

23 Sentyabr 2017 22:33

Paraşütlə insanların üzərinə düşdü - QƏZA

23 Sentyabr 2017 22:28

Salyanda baş vermiş yol qəzasında 4 nəfər xəsarət alıb

23 Sentyabr 2017 22:17

Üz quruluşu belə olan şəxslə evlənməyin

23 Sentyabr 2017 22:17

Türkiyə İraqda ordudan istifadəyə dair mandatı uzatdı

23 Sentyabr 2017 22:14

"Roma" Bakıya qələbə ilə gəlir

23 Sentyabr 2017 22:13

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçirilib

23 Sentyabr 2017 22:07

Artur Rasi-zadənin həyat yoldaşı vəfat etdi

23 Sentyabr 2017 22:04

Hacıqabulda avtomobil piyadanı vurub

23 Sentyabr 2017 22:02

Qubada dəhşətli hadisə

23 Sentyabr 2017 22:01

Xudatda QƏTL: 54 yaşlı kişini daşla öldürdü

23 Sentyabr 2017 21:58

Meksikada zəlzələ qurbanlarının sayı 305 nəfərə çatıb

23 Sentyabr 2017 21:52

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Nyu-Yorkda görüşü keçirilir

23 Sentyabr 2017 21:46

ABŞ-da silahlı insident

23 Sentyabr 2017 21:31

İngiltərə Premyer Liqası: "Çelsi" "Stok Siti"yə böyük hesabla qalib gəlib

23 Sentyabr 2017 21:27

Məmmədyarov-Nalbandyan görüşü başladı

23 Sentyabr 2017 21:24

KURYOZ: Mühafizəçi oyunu unutdu, telefonla danışa-danışa meydana girdi - VİDEO

23 Sentyabr 2017 21:23

Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

23 Sentyabr 2017 21:22

Bakıda 3 otaqlı evdə yanğın olub

23 Sentyabr 2017 21:20

Zəlzələ nəticəsində ölənlərin sayı 295-ə yüksəlib

23 Sentyabr 2017 21:08

BELƏSİ OLMAMIŞDI: 5 yaşlı uşaq maşını qaçırdı və qəza törətdi

23 Sentyabr 2017 21:03

59 yaşlı aşpaz 16 yaşlı qıza təcavüz etdi

23 Sentyabr 2017 20:52

Mətbuat Şurası mitinqdə monitorinq apardı

23 Sentyabr 2017 20:48

ABŞ-da iki polis zabiti güllələnib

23 Sentyabr 2017 20:47

DİQQƏT: bu qidalar kişilərdə sonsuzluğa səbəb olur

23 Sentyabr 2017 20:41

Daşla həmyerlisini öldürdü

23 Sentyabr 2017 20:39

DİN-in əməkdaşları mükafatlandırıldı

23 Sentyabr 2017 20:33

"Qarabağ"ın rəqibi futbol üzrə İtaliya A Seriyasının VI tur matçında qələbə qazanıb

23 Sentyabr 2017 20:32

"Səbail" "Kəpəz"i məğlub etdi

23 Sentyabr 2017 20:28

Türkiyədə derbi ərəfəsində 30 azarkeş həbs olundu

23 Sentyabr 2017 20:18

Samir Əliyev: "Rumıniyalı hücumçu transfer etdik"

23 Sentyabr 2017 20:17

"Mitinqdə KİV nümayəndələrinin hərəkətlərinə və vəzifələrini icrasına maneə olmayıb"

23 Sentyabr 2017 20:17

Voleybolçu qadınlar arasında Avropa çempionatı: Çexiya - Belçika 3:1

23 Sentyabr 2017 20:12

MŞ mitinqdə monitorinq aparıb

23 Sentyabr 2017 20:09

Prezidentdən “dördgünlük müharibə” XƏBƏRDARLIĞI, İrəvandan YALVARIŞ... - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

23 Sentyabr 2017 20:03

Şəmkirdə yanğın olub

23 Sentyabr 2017 20:01

Şahin Diniyev: "Gərək oyun olsun ki, futboldan danışasan"

23 Sentyabr 2017 19:57

Premyer Liqada ikinci qələbə sevinci

23 Sentyabr 2017 19:48

Poker ustasının dəbdəbəli malikanəsi: gözəl qızlar, silahlar...

23 Sentyabr 2017 19:48

Mətbuat Şurası: "Mitinqdə KİV nümayəndələrinin hərəkətlərinə və vəzifələrini icra etmələrinə maneə olmayıb"

23 Sentyabr 2017 19:47

Qaxda mikroavtobus yandı

23 Sentyabr 2017 19:33

"Səbail" Azərbaycan Premyer Liqasında ikinci qələbəsini qazanıb

23 Sentyabr 2017 19:32

BŞBPİ "Milli Şura"nın mitinqi ilə bağlı

23 Sentyabr 2017 19:32

Çexiyada paraşütlə tullanan desantçı insanların üzərinə düşüb

23 Sentyabr 2017 19:27

"Qarabağ"ın rəqibindən inamlı qələbə

23 Sentyabr 2017 19:26

“Xristian dövləti”nin lideri həbs olundu - FOTO

23 Sentyabr 2017 19:23

“Mitinq Ermənistan rəhbərliyinin sifarişi ilə keçirilib”

23 Sentyabr 2017 19:12