Gömrük Komitəsinin sədri İranın yeni səfiri ilə görüşüb

Gömrük Komitəsinin sədri İranın yeni səfiri ilə görüşüb
20:07 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb. 
Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
A.Əliyev bildirib ki, bütün sahələrdə, o cümlədən, gömrük sferasında qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir. Bir müddət bundan öncə İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının iclasında iştirak etmək üçün Tehran şəhərinə səfərini, İran Gömrük İdarəsinin prezidenti Masoud Karbasian ilə keçirdiyi görüşü məmnunluqla xatırlayan Komitə sədri bu kimi səfərlərin qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və davamlı inkişafına töhfə verdiyini bildirib.
Məlumatda deyilir ki, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərfli görüşlərin hər iki ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışan DGK sədri qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qəbula görə A.Əliyevə təşəkkür edən səfir Cavad Cahangirzadə ölkəmizdə səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu bildirib.
İran hökumətinin Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduğunu bildirən səfir C.Cahangirzadə bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib, diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə çalışacağını söyləyib.
Görüşdə, həmçinin Azərbaycan-İran əlaqələrinin hazırki durumu, mövcud imkanlar və gələcək perspektivlər barəsində ətraflı fikir mübadiləsi aparılıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/gomruk-komitesinin-sedri-i-ranin-yeni-sefiri-ile-gorusub1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR