"Klublarımızın stadionları həddən artıq bərbad vəziyyətdədir"

"Klublarımızın stadionları həddən artıq bərbad vəziyyətdədir"
20:17 16 Noyabr 2016
79 İdman
Ölkə mətbuatı
A- A+

"Futbol meydanlarımız həddən artıq bərbad vəziyyətdədir. Premyer Liqadakı 8 komandadan 5-nin - AZAL, "İnter", "Sumqayıt", "Zirə" və "Kəpəz"in stadionunda futbol oynamaq mümkün deyil". 

Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov AFFA Klublar Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, "qırmızı-qaralar"ın Avropa Liqasının qrup mərhələsinədək keçirdiyi 8 görüşdə bir futbolçusu zədələnmədiyi halda, çempionat başlayan kimi "İnter"lə matçda 2 oyunçusu sıradan çıxıb: "Belə halların nəzərə alınması klublar tərəfindən təklif olundu və yekdilliklə qəbul edildi. Yəqin ki, AFFA qarşısında məsələ də qaldırılacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR