Millimizin oyunçusunun statusu ləğv edildi

Millimizin oyunçusunun statusu ləğv edildi
20:42 16 Noyabr 2016
118 İdman
Ölkə mətbuatı
A- A+

"Bursaspor"un futbolçusu Dəniz Yılmaz Türkiyə superliqasında yerli oyunçu statusundan məhrum edilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu, onun millimizin heyətində DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyunda rəsmi debütündən sonra baş verib.

Bununla da "Bursaspor"da əcnəbi oyunçuların sayı 9-a yüksəlib.

Bursa təmsilçisi D.Yılmaza qədər ölkə çempionatında heyətində ən az legioner futbolçusu olan komanda idi. Hazırda isə klubun heyətində "Kayserispor" və "Akhisar Bələdiyyəspor"la eyni sayda əncəbi oyunçu var.

Qeyd edək ki, D.Yılmaz Şimali İrlandiya ilə oyunun 46-cı dəqiqəsində meydana daxil olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR