Vikipediyada himnimizlə bağlı təhrif olundu - VİDEO

Vikipediyada himnimizlə bağlı təhrif olundu - VİDEO
20:52 16 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Dövlət Himni ölkəmizin, müstəqilliyimizin müqəddəs rəmzidir.

Himnə dərin ehtiram bəsləmək hər bir vətəndaşın borcudur. Amma təəssüf ki, Vikipediya adlanan internet ensklopodiyasında  himnimizlə bağlı təhrifə yol verilib. Belə ki, Himnin sözlərinin müəllifi kimi Əhməd Cavad yox, Camo Bəy Hacınski göstərilib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki,  Əhməd Cavadın nəvəsi, ədəbiyyatçı Süleyman Axundzadə deyir ki, babası Himnin sözlərinin altında bir dəfə Camo sözünü yazıb. Bunun açıqlaması isə belədir: "Məsələ burasındadır ki, uzun illər əvvəl Himnin sözlərinin müəllifi haqda ədəbiyyat xadimlərimiz qısa müddətlik fikir ayrılığı yaşayıblar. Elə zənn ediblər ki, bu həmin dövrün tanınmış publisist və şairi Camo Bəy Hacınskidir".

Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları ilə Vikipediyada təhrif olunmuş müəllif adının araşdırmasını apardıq.

İnstitutdan bildirirlər ki, açıq ensklopediyada hər kəs məqalə yerləşdirə və ya ona düzəliş edə bilər. Müəllifin adını hansısa dərsliyə istinad edərək dəyişdirən ay-pi-nin sahibini müəyyənləşdirmək çətin olsa da, hamı bilməlidir ki, ölkəmizlə, onun tarıxı və mədəniyyəti ilə bağlı məsələlərdə maksimum diqqətli olmaq lazımdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR