Xırdalan və Biləcəri sakinlərinə şad xəbər - VİDEO

Xırdalan və Biləcəri sakinlərinə şad xəbər - VİDEO
20:57 16 Noyabr 2016
186 Ölkə
Ölkə mətbuatı
A- A+

Xırdalan və Biləcəri sakinləri artıq Bakı-Sumqayıt-Bakı sürət qatarından istifadə edə biləcəklər. Dəmiryol relslərində edilən son dəyişikliklərdən sonra qatarlar Xırdalan və Biləcəri stansiyalarında da dayanacaq.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, hazirda Xırdalan stansiyasında son tamamlanma işləri görülür. Noyabrın 19- da hər 2  stansiya sərnişinlərin ixtiyarına veriləcək.

Gün ərzində 3000 -3500 sərnişin daşınan xətlərə yeni stansiyaların qoşulmasından  sonra sərnişinlərin sayının iki dəfə artması planlaşdırılır. Sərnişinlər biletlərini turniketlərə vuraraq çıxacaqlar. Xırdalana bilet alıb Sumqayıtda getmək istəyənlər isə bu turniketdən  keçə bilməyəcəklər.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov yeni istiqamətlərin qiymətlərini də açıqlayıb.

Çoxlarını düşündürən sual isə yeni stansiyaların istifadəyə verilməsindən sonra qatarların çatma vaxtında dəyişiklik olub olmamasıdır.

Rahat və sürətli olması ilə digər ictimai nəqliyyat vasitələrindən fərqlənən bu sürət qatarları yaxın vaxtlarda Bakının digər rayonlarını da əhatə edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR