Kolumbiyada polis yük maşını partladılıb, 19 nəfər yaralanıb

Kolumbiyada polis yük maşını partladılıb, 19 nəfər yaralanıb
00:02 17 Noyabr 2016
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Kolumbiyada polisə məxsus yük maşınının partladılması nəticəsində ən azı 19 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə çərşənbə günü Kukuta şəhərinin polis komandiri Yesid Aranqo məlumat verib.
Meksikanın "Excelsior" nəşri yazır ki, yaralananlardan 17 nəfəri polis, iki nəfəri isə mülki şəxsdir. Son məlumatlara görə, yaralıların həyatı üçün heç bir təhlükə yoxdur, onlar hospitala yerləşdiriliblər.
Aranqo qeyd edib ki, hücumda Kolumbiya Milli Azadlıq Ordusu (MAO) üsyançılarının əlinin olduğunu istisna etmək olmaz.
Hökumət partlayışda iştirak edənlər barədə məlumat verənə 16 min ABŞ dolları mükafat vəd edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kolumbiyada-polis-yuk-masini-partladilib-19-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR