Bu tərəvəzi yeyərək ürəyinizi qoruyun

Bu tərəvəzi yeyərək ürəyinizi qoruyun
00:31 17 Noyabr 2016
301 Şou
Ölkə mətbuatı
A- A+

Ürək xəstəlikləri son dövrün ən çox rast gəlinən xəstəlikləri sırasındadır. Bu səbəbdən də, insanlar təbii qidalarla bu xəstəliyi müalicə etmək istəyirlər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, həmin qidalardan biri də turpdur. Belə ki, turp yeyərək, ürəyinizi qoruya bilərsiniz.
 
Turp xərçəng riskini azaldır. Ürəyi qoruyur. Qanda xolesterinini azaldır. Bundan başqa, qaraciyər və öd kisəsinin sağlamlığı üçün qara turpu, antioksidant tərkibi baxımından qırmızı turpu seçin.
 
10 kiçik ölçülü qırmızı turp qəbul edən insanın 12 kalori alacağını bildirən mütəxəssislər gün ərzində 1 kasa turp salatı yeməyin gündəlik C vitamini ehtiyacınızın 40%-ni ödəyir.
 
Ürək əzələləri daxil, bütün əzələlərin düzgün işləməsi üçün lazımi kaliumu ehtiva edən bu tərəvəz, hər kəs tərəfindən rahatlıqla qəbul edilə bilər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61284

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR