Trampın qızının qızıl qolbağı qalmaqal yaratdı

Trampın qızının qızıl qolbağı qalmaqal yaratdı
00:49 17 Noyabr 2016
584 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın 45-ci prezidenti Donald Trampın qızı İvankanın “CBS” kanalında “60 Minutes” verilişində çıxışı efirdə yayımlandıqdan sonra o, tənqidlərə səbəb olub.

 

“Qafqazinfo”nun “Spletnik.ru”ya istinadən verdiyi məlumata görə, verilişdən sonra İvanka Trampın şirkətinin marketinq şöbəsinin əməkdaşı reklam məqsədli press-reliz yayaraq bildirib ki, prezidentin qızı “60 Minute” proqramının studiyasında ona məxsus “Metropolis” zinət əşyaları kolleksiyasından olan qolbaqla çıxıb.  Bu bəyanat isə qalmaqala səbəb olub. Belə ki, siyasətçinin qızı atasının mövqeyindən yararlanaraq öz biznesininin tanıtımı ilə məşğul olmaqda günahlandırılır.

 

Hazırda İ. Trampın mətbuat xidməti bu məsələyə reaksiya göstərməyib.

 

Xatırladaq ki, verilişdə Donald Trampla ailə üzvləri, xanımı Melaniya Tramp, uşaqları Tiffani, Erik və Donald Jr də iştirak etmişdi. İvanka Tramp çıxışı zamanı nazir olmaq istəmədiyini bildirmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR