ABŞ-da iri neft və qaz yatağı aşkar olunub

ABŞ-da iri neft və qaz yatağı aşkar olunub
01:12 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ ABŞ-ın Texas ştatının qərb hissəsində "Wolfcamp" formasiyalı şits neft yatağı kəşf olunub.
"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Geoloji Xidməti məlumat yayıb.
Onun ehtiyatları 20 milyard barel neft, 0,4 trilyon kubmetr təbii qaz və 1,6 milyard barel qaz kandensatı həcmində qiymətləndirilir.
"Yeni yataq miqyasına görə 2013-cü ildə Bakken-Tri Forks neft rayonunda aşkar olunandan üç dəfə böyükdür. Bu, Geoloji Xidmətin ehtiyatlarını qiymətləndirdiyi ən böyük şist neft yatağıdır", - deyə məlumatda bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-da-iri-neft-ve-qaz-yatagi-askar-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR