46 ildir kəsmədiyi bığından şərf kimi istifadə edir - fotolar

46 ildir kəsmədiyi bığından şərf kimi istifadə edir - fotolar
01:21 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Türkiyəli Necati Çelik dünyanın ən uzun bığlı insanlarından biri hesab olunur.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, kişinin 46 ildir kəsmədiyi bığının uzunluğu hazırda 2,45 metrdir. Məlumata əsasən, Necatinin bığ uzatmasının səbəbi var.

Belə ki, 1970-ci illərdə Almaniyada yaşayanda o, saç uzatmaq modasına qarşı çıxaraq bığını uzatmaq qərarına gəlir. Elə o vaxtdan da bığını kəsmir. 

Qeyri-adi bığa görə illərdir "Pala" ləqəbi ilə çağırılan Necati qəribə görünüşünə belə haqq qazandırır: "Allah qoça buynuz, kişiyə də bığ verib".

Bığını boynuna şərf kimi dolayan kişi onlarla fəxr etdiyini də bildirib.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR