ABŞ-da qaz partladı: 1 ölü, 10 yaralı

ABŞ-da qaz partladı: 1 ölü, 10 yaralı
07:49 17 Noyabr 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Kenton şəhərində (İllinoys ştatı)  baş vermiş  qaz partlaması nəticəsində 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

 

APA-nın NBC telekanalına istinadən verdiyi məlumata görə, bu barədə yerli polisin açıqlamasında bildirilir.

 

Partlayış nəticəsində bir neçə yaşayış evinə ciddi ziyan dəyib. Hadisə yerinə polis və xilasedicilər cəlb olunub.

 

İnsidentin təfərrüatları və səbəbləri müəyyənləşdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259705

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR