Amerikalı senator “Uber”də sürücülük edir

Amerikalı senator “Uber”də sürücülük edir
08:12 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ Senatının Nebraska ştatından olan üzvü Benjamin (Ben) Sassın taksi sürücülüyü ilə məşğul olduğu ortaya çıxıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, B. Sass boş vaxtlarında "Uber" taksi xidmətində sürücülük edir. Bunu xidmətdən taksi sifariş edən yerli tələbə təsadüfən aşkarlayıb. O, Benjamin adlı sürücünün şəklinin senatora çox bənzədiyini fərq edib. Bir qədər sonra B. Sass "Twitter"də həmin sürücünün özü olduğunu təsdiqləyib. Hansı səbəblə sürücülük etdiyini o, belə izah edib: "Nebraska sakinləri ilə birlikdə və onlar üçün çalışmaq xoşuma gəlir".    
 
B. Sass pulsuz çalışdığını söyləyib, çünki senatorların əlavə gəlir mənbəyinə malik olması qanunla qadağandır.
 
Xatırladaq ki, bu yaxınlarda prezident Barak Obama zarafatla səlahiyyət müddəti başa çatdıqdan sonra "Uber"də çalışacağını söyləyib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR