Əmr-be-mərufa ailədən başlamaq lazımdır

Əmr-be-mərufa ailədən başlamaq lazımdır
08:37 17 Noyabr 2016
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Çox təəssüf ki, bir çoxlarımız belə düşünürük ki, əmr-be-məruf və nəhy-əz-munkər ancaq xüsusi insanlara aid olan vəzifədir. Halbuki, bu düşüncə yanlışdır. Əmr-be-məruf gərək hər birimizin vəzifəsi olsun və buna övladlarımızı ailədən adət etdirək. (Tebyan)

"Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!". ("Ali-İmran" 104).
Əmr-be-məruf ailədə təlim verilməlidir. Bu da etiqaddan irəli gələn bir məsələdir. Belə ki, Həzrət İbrahim (ə) həmişə Allaha pərəstiş etmişdir və əmisini bütpərəstlikdən döndərmək üçün ona deyirdi: "Bütləri (özünə) məbudlar götürürsən? Doğrudan da mən səni və sənin qövmünü aşkar bir azğınlıq içərisində görürəm". ("Ənam" 74).
Həzrət İbrahim (ə) övladlarının taleyinə də əhəmiyyət verirdi və onlara vəsiyyət edirdi ki, İlahi əmrə həmişə təslim olsunlar. "Ey mənim oğlanlarım, şübhəsiz, Allah bu dini sizin üçün seçib. Buna görə də (çalışın) dünyadan mütləq yalnız müsəlman olaraq gedin!". ("Bəqərə" 132).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət İbrahim (ə) İlahi imtahandan iftixarla çıxan zaman ona imamət məqamı nəsib olur və Allaha dua edir ki, övladlarına və nəslinə də bu məqamı nəsib etsin. "Rəbbi dedi: "Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim". (İbrahim) dedi: "Övladlarımdan necə?" Dedi: "Mənim əhd-peymanım zalımlara nəsib olmaz"". ("Bəqərə" 124).
Çünki İbrahimin (ə) nəslindən olanların bəzisi zalımlardan olmuşdular və İlahi əhdə qarşı çxımışdılar. "Həqiqətən, Biz İbrahim ailəsinə kitab və hikmət (peyğəmbərlik, şəriət və əqli maarif) verdik və onlara böyük bir hökümət əta etdik. Beləliklə onların (kitab əhlinin) bəzisi ona (Muhəmmədə (s)) iman gətirdi, bəzisi ondan üz döndərdi və başqalarını da ona iman gətirməkdən saxladı. Alovlanmış od olan Cəhənnəm onlara kifayətdir". ("Nisa" 54-55).
Həzrət İbrahim (ə) rəhbər və imamət məqamına çatmazdan əvvəl də övladlarına görə dua edirdi. ("İbrahim" 37).
Həzrət Yəqub (ə) da övladlarına görə Allaha dua edər və deyərdi: "Dedi: "Mən öz ağır kədər və qüssəmdən (sizə deyil) yalnız Allaha şikayət edirəm və Allah tərəfindən sizin bilmədiyiniz bir şey (Yusufun diri olmasını) bilirəm"". ("Yusif" 86).
Həmçinin Loğmanın nəsihətlərinə diqqət edən zaman görürük ki, övladına buyurur: "Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür". (Zülmün böyüklüyü məzlumun böyüklüyü ilə ölçülər və bütün nemətlərin əsl sahibi ilə heç bir nemətə malik olmayanı eyni hesab etmək son dərəcə pisdir.)". ("Loğman" 13).
"Ey mənim əziz oğlum, namaz qıl və yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et. (İnsanlar və Xaliq qarşısında olan vəzifələrinə əməl edərkən baş verəcək çətin hadisələrdən) sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir". ("Loğman" 17).
"Camaatdan təkəbbürlə üz çevirmə və yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz". (("Loğman" 18).
"Öz yerişində və rəftarında orta həddi gözlə və (danışanda) səsini azalt ki, ən pis səs ulaqların səsidir".(("Loğman" 19).
Əmr-be-məruf və nəhy-əz-munkərin yolunu Qurandan öyrənək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490055.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR