Dronla ilk pizza müştəriyə çatdırıldı

Dronla ilk pizza müştəriyə çatdırıldı
08:52 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

"Domino's Pizza" pizza mağazaları şəbəkəsi ilk dəfə olaraq pizzanın dron vasitəsilə hava ilə çatdırılmasını uğurla həyata keçirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, pizza özəl bir müştəriyə çatdırılıb.
 
Pizza mağazasından dronla hədəf yerinə çatdırılmaya isə mülki aviasiya ilə məşğul olan yerli hökumət tərəfindən razılıq verilib.

Çatdırılma "Domino's Pizza" və "Flirtey" startapı ilə birgə layihə çərçivəsində həyata keçirilib. "Flirtey" startapı dronlar vasitəsilə kiçik yüklərin daşınmasında ixtisaslaşıb. Mağazalar şəbəkəsi dünyanın daha 6 ölkəsində bu  təcrübəni davam etdirmək niyyətindədir. Bu ölkələr Avstraliya, Belçika, Fransa, Hollandiya, Yaponiya və Almaniyadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/490049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR