Çin smartfonları ABŞ-dakı məlumatları Çinə ötürür

Çin smartfonları ABŞ-dakı məlumatları Çinə ötürür
09:05 17 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

ABŞ ərazisində işləyən Çin istehsalı olan smartfonların bir hissəsi dekoderlə təchiz edilib ki, onun sayəsində hər 72 saatdan bir mətn məlumatları Çin serverlərinə göndərilir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" nəşri yazır.

Qəzetin məlumatına görə, ABŞ-ın təhlükəsizlik sahəsindəki mütəxəssisləri bu günlərdə "Android" smartfonları üçün nəzərdə tutulmuş yenilənmədə istifadəçinin hərəkətini, onun kimə zəng etdiyini və göndərdiyi məlumatları izləməyi imkan verən proqram təminatını qeydə alıblar.
 
Hökumət əmin deyil ki, bu məlumatlar reklam məqsədləri ilə istifadə edilir, yoxsa məlumat toplamaq üzrə Çin kəşfiyyatının səyləri kimi qiymətləndirilməlidir.

Zəifliyi aşkar edən "Kryptowire" şirkəti əmindir ki, aşkar olunan proqram təminatı mətn məlumatlarının məzmununu, telefon nömrələrinin siyahısını, zənglərin vaxtı, istifadəçinin geolokasiyasını və digər məlumatları Çin serverlərinə ötürür. Bununla belə, istifadəçilər bu dekoder barədə xəbərsizdirlər.
 
İyulda bildirilib ki, Çindən olan hakerlər 10 milyon ədəd "Android" cihazlarına çıxış əldə ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/490050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR