Madrid derbisi öncəsi ciddi itkilər

Madrid derbisi öncəsi ciddi itkilər
09:27 17 Noyabr 2016
66 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya millisinin və "Real"ın futbolçusu Alvaro Morata zədələnib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hücumçu İspaniya millisinin heyətində İngiltərəyə qarşı yoxlama oyununda sıradan çıxıb.

Yerli mətbuatın iddiasına inansaq, sağ ayağından zədə alan 24 yaşlı futbolçu ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
 
Bu da o deməkdir ki, Morata İspaniya La Liqasının "Atletiko" - "Real" oyunu başda olmaqla, bir neçə oyunda "kral klubu"na kömək edə bilməyəcək.
 
Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Madrid derbisində Kərim Benzema, Rafael Varan, Dani Karvaxal, Pepe və Kasemiro kimi oyunçuların da forma geyinməmək ehtimalları var.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR