Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verilib

Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verilib
10:07 17 Noyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Rio-de-Janeyro məhkəməsi Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verilib. "Report"un "France Presse" agentliyinə istinadən məlumatına görə, irlandiyalıya bundan ötrü 435 min avro girov qoymalıdır.
71 yaşlı funksioner 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında həbs olunub. Ona qarşı "Rio-2016" biletlərinin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Ötən ay Hikkinin ürək əməliyyatına ehtiyac duyduğu müəyyənləşib. Məhkəmənin ona Braziliyanı tərk etmə icazəsi verməsi də məhz bununla əlaqədar olub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR