Faiq Ağayev üçün özəl gün - 28 il öncə...

Faiq Ağayev üçün özəl gün - 28 il öncə...
10:19 17 Noyabr 2016
115 Digər
Ölkə mətbuatı
A- A+

 

Bu gün xalq artisti Faiq Ağayevin səhnə fəaliyyətinin 28 ili tamam olur. Lent.az-ın məlumatına görə, xalq artisti bu barədə təəssüratlarını dilə gətirib: “Bu gün noyabrın 17-dir. Bu da o deməkdir ki, səhnə fəaliyyətimin tam 28 ili tamam oldu.

Bu illər ərzində ən böyük qazancım təmənnasız tamaşaçı məhəbbəti oldu. Şükür Yaradana! Məni bu mərtəbəyə layiq görən vətənim, Xalqım! Verdiyiniz dəyər ən böyük varlığımdır! Nə yaxşı ki, varımsınız! Məni sevməkdə davam edin! İnşallah dekabrın 29 və 30 da Heydər Əliyev sarayında “FA_made_in_Azerbaijan” adlı konsertimdə görüşənədək! Sizi dəlicəsinə sevən, Faiq Ağayev”.

 

Qeyd edək ki, F.Ağayev peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb. 1996-cı ildən o, Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR