“525-ci qəzet”in yaranmasından 24 il ötür

“525-ci qəzet”in yaranmasından 24 il ötür
10:21 17 Noyabr 2016
79 Şou
Ölkə mətbuatı
A- A+

Müstəqil Azərbaycan mətbuatının ilk nümunələrindən olan “525-ci qəzet”in yaranmasından 24 il ötür.

Axşam.az-ın xəbərinə görə, qəzetin ilk sayı 1992-ci il noyabrın 17-də işıq üzü görüb. “525-ci qəzet” 24 illik fəaliyyəti dövründə siyasi cəbhələşmədən yayınaraq, ümummilli qəzetə çevrilməyi bacarıb.
 
“525-ci qəzet”in baş redaktoru tanınmış yazıçı-jurnalist Rəşad Məciddir. O, 1995-ci ildən qəzetə rəhbərlik edir.
 
Qəzetin adının seçilməsi də maraqlı olub. Belə ki, qəzeti öncə “Sabah”, “2x2” adı ilə çap etdirmək istəsələr də, hər iki adda qəzet qeydiyyatdan keçdiyi üçün başqa ad seçməli olublar. Daha sonra qeydiyyatdan keçən 525-ci qəzet olduqlarını öyrənəndə redaktorlar qəzetinin adını “525-ci qəzet” qoymağa qərar veriblər.
 
1996-cı ilə kimi həftəlik nəşr olunan qəzet 1996-98-ci illərdə həftədə 3 dəfə çap olunub. 1998-ci ildən isə gündəlik nəşr olunur. Gündəlik 8 səhifəlik qəzetin xüsusi şənbə buraxılışları ədəbiyyat sahəsinə həsr olunur və 32 səhifə həcmində çap olunur.

Axşam.az "525-ci qəzet"dəki bütün həmkarlarımızı bu gün münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır. 


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR