Bağlanan bankların əmanətçilərinə 699 milyon manata yaxın kompensasiya verildi

Bağlanan bankların əmanətçilərinə 699 milyon manata yaxın kompensasiya verildi
10:29 17 Noyabr 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

Bağlanan bankların əmanətçiləri 699 milyon manata yaxın kompensasiya aldılar

 

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 16 noyabr 2016-cı il tarixdə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 milyon 810 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 milyon 256 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  27 milyon 005 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 3 milyon 021 min manatdan artıq kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 125 milyon 094 min  manatdan  artıq  kompensasiya verilib.

 

Fonddan Lent.az-a verilən məlumata görə, noyabrın 16-da “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 193 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 073 min manatdan artıq kompensasiya verilib.

Noyabrın 16-da “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120  milyon 080 min manatdan artıq kompensasiya ödənilib.

“Bank Standard” KB-nin qorunan  əmanətçilərinə  412  milyon  517  min  manat  artıq  kompensasiya verilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 698 milyon 890 min manatdan artıq kompensasiya verilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR