ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inaqurasiyadan sonra Rusiyaya gələcək.
Publika.az xəbər verir ki, bu haqda “İzvestiya” nəşrinə ABŞ-ın Respublikaçılar Partiyasındakı yüksək vəzifəli mənbə bildirib.
Mənbənin sözlərinə görə, Donald Tramp Rusiyanın Suriyada hava əməliyyatlarını yeniləməsi haqqında bilmirdi. “Hazırda Kreml və Trampın komandası arasında heç bir ciddi əlaqə yoxdur”, - nəşrin həmsöhbəti bildirib.
Daha əvvəl Tramp və Vladimir Putin arasında telefon söhbəti olub. Tərəflər ölkələr arasındakı mövcud münasibətləri qeyri-kafi adlandırıb və münasibətlərin normallaşması üçün işləyəcəklərini bildiriblər.
Qeyd edək ki, Donald Trampın inaqurasiyası yanvarın 20-nə nəzərdə tutulub.
Ömər Dağlı