Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verildi

Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verildi
10:47 17 Noyabr 2016
28 Dünya
Ölkə mətbuatı
A- A+

Rio-de-Janeyro məhkəməsi Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti Patrik Hikkinin Braziliyanı tərk etməsinə icazə verib.

Milli.Az report-a istinadən bildirir ki, irlandiyalı bundan ötrü 435 min avro girov qoymalıdır.

71 yaşlı funksioner 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında həbs olunub. Ona qarşı "Rio-2016" biletlərinin qanunsuz dövriyyəsi ittihamı irəli sürülüb. Ötən ay Hikkinin ürək əməliyyatına ehtiyac duyduğu müəyyənləşib. Məhkəmənin ona Braziliyanı tərk etmə icazəsi verməsi də məhz bununla əlaqədar olub. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR