Ermənistan prezidenti Gümrüdəki Rusiya bazasına hərbi güc verilməsini dəstəkləyir

Ermənistan prezidenti Gümrüdəki Rusiya bazasına hərbi güc verilməsini dəstəkləyir
10:47 17 Noyabr 2016
161 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 noyabr. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarqsyan ölkədə Rusiyanın yeni hərbi bazalarının yaradılması imkanı barədə danışıb.
"Report" xəbər verir ki, o, bu məsələyə "Rusiya bu gün" BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibəsində toxunub.
"Məncə, yeni hərbi bazaya ehtiyac yoxdur. Çünki Gümrüdəki hərbi baza tələb olunan bütün elementləri özündə birləşdirmək imkanlarına malikdir. Odur ki, kiçik Ermənistanda bir baza, məncə, kifayətdir. Sadəcə, bu bazaya hərbi güc vermək lazımdır", - deyə S.Sarqsyan bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ermenistan-prezidenti-gumrudeki-rusiya-bazasina-herbi-guc-verilmesini-destekleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR